Azərbaycanda hazırda bir neçə sahənin rəqəmsallaşdırılması ilə bağlı iş gedir.
Bunu "Report"a açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyeva bildirib.
"Məsələn, səhiyyə sektorunda həm Səhiyyə Nazirliyi, həm Tibbi Ərazi İdarələrini İdarəetmə Birliyi (TƏBİB), həm də özəl klinikaların iştirakı ilə birgə rəqəmsallaşma işləri aparılır. Eləcə də təhsil və digər sahələr də rəqəmsallaşdırılır.