“Kaspersky”: Hər iki nəfərdən biri yaxınları ilə internetdə ünsiyyət qurmağa üstünlük verir

“Kaspersky”: Hər iki nəfərdən biri yaxınları ilə internetdə ünsiyyət qurmağa üstünlük verir “Kaspersky”: Hər iki nəfərdən biri yaxınları ilə internetdə ünsiyyət qurmağa üstünlük verir
İKT
30 İyul , 2020 17:54
“Kaspersky”: Hər iki nəfərdən biri yaxınları ilə internetdə ünsiyyət qurmağa üstünlük verir

"25 yaşdan 34 yaşa qədər olan gənclərin 55% -i indi öz dostları ilə və ailələri ilə daha çox şəxsi deyil, onlayn ünsiyyət qurur”.

“Report” xəbər verir ki, bu, “Kaspersky” şirkətinin apardığı sorğu nəticəsində məlum olub.

Özünütəcrid dövrü başladıqdan sonra bu qrup respondentlərin "ekran vaxtı", demək olar ki, orta hesabla iki saat artıb və gündə 7,1 saat təşkil edir.

Koronavirus pandemiyasına reaksiya həyatımızın bir çox sahəsində rəqəmsal transformasiya ilə nəticələnib. Kaspersky tərəfindən aparılan sorğuya görə, bunu ən çox milleniallar - aktiv internet istifadəçiləri hiss ediblər. Belə ki, bu yaş qrupundakı insanların 33%-i indi üz-üzə dərslər və ya mühazirələr əvəzinə onlayn dərslərdə iştirak edir, 53%-i ticarət mərkəzlərinə getmək yerinə onlayn alış-verişə, 18%-i isə şəhər və muzeylərin virtual turlarına üstünlük verir. İş üslubu da dəyişib: millennialların 40%-i həmkarları ilə görüşləri rəqəmsal məkana köçürdüklərini söyləyib.

Eyni zamanda sorğu iştirakçıları onlayn həyatın bəzi cəhətlərinə ehtiyatla yanaşdıqlarını qeyd ediblər. Məsələn, millennialların, demək olar ki, üçdə ikisi (61%) tanışlığın indi daha çox onlayn baş tutmasından, 41% isə axın (steam) və oyun platformalarına daha çox vaxt sərf etməkdən narahatdır.

"Bu il "rəqəmsal gerçəkliyə" münasibətin necə dəyişdiyini görürük, çünki özünü təcridetmə dövründə xarici dünya ilə əsasən onlayn olaraq əlaqə saxlamaq mümkün olub. Buna görə də kiber təhlükəsizlik hər gün daha da aktuallaşır. Nə böyük şirkətlər, nə də təcrübəli istifadəçilər hücumlardan sığortalanmayıblar. Təcavüzkarlar yeni fürsətlər axtarırlar: məsələn, sorğumuzda iştirak edənlərin 17%-i öz hesablarnını sındırılması ilə qarşılaşdıqlarını söyləyib", - deyə “Kaspersky”nin Azərbaycandakı nümayəndəsi Müşviq Məmmədov bildirib.

Kaspersky istifadəçilərə əsas təhlükəsizlik tədbirlərinə riayət etməyi tövsiyə edir: 
- İlk olaraq şəxsi və ya ödəniş məlumatlarını daxil etməzdən əvvəl saytların adlarını diqqətlə yoxlamaq lazımdır. Həmçinin sosial şəbəkələrdə, messencerlərdə və e-poçtlarda şübhəli linkləri izləməmək gərəkdir;

- Bundan əlavə internetdəki hər hansı bir məlumata, məsələn, həddən artıq səxavətli pul təkliflərinə şübhə ilə yanaşmaq, cihazlarda, həm də əməliyyat sistemində proqramları müntəzəm olaraq yeniləmək, bütün hesablarda fərqli və güclü şifrələrdən istifadə etmək (müxtəlif hərflərdən, nömrələrdən və xüsusi simvollardan ibarət 12 simvolluq şifrə) tövsiyə olunur;

- Şirkətin ən əsas tövsiyələri sırasında geniş əhatəli təhdidlərdən hərtərəfli qorunmaq üçün “Kaspersky Security Cloud” kimi etibarlı bir təhlükəsizlik həllindən istifadə edilməsi də yer alıb.

"Rəqəmsal rahatlıq zonası axtarışında" sorğusu “Kaspersky” və “Sapio Research” araşdırma şirkəti tərəfindən 2020-ci ilin may-iyun aylarında aparılıb. Sorğuda 19 ölkədən 10 mindən çox insan iştirak edib. 25-34 yaş arası respondentlərin payı 34% təşkil edir.

Son xəbərlər

Orphus sistemi