Dünyanın bir sıra ölkələrində instaqram sosial şəbəkəsinin işində nasazlıq yaranıb.
“Report” xəbər verir ki, bu barədə məşhur internet resurslarının fəaliyyətini izləyən “Downdetector” xidməti məlumat yayıb.
Xidmətin məlumatına görə, sosial şəbəkənin işindəki nasazlıqlardan əsasən ABŞ, Böyük Britaniya və Kanadadan olan istifadəçilər şikayətlənirlər.
İstifadəçilərin 41 %-i xəbər lentinin gec yüklənməsindən, 40 % videoların yüklənməsindəki yubanmalardan şikayətlənirlər. İnstaqram istifadəçilərinin 19 %-i paylaşımların sosial şəbəkədə yüklənməsindən narazılıq edirlər.