Dünyanın bir sıra ölkələrdə instaqram sosial şəbəkəsinin işində problemlər müşahidə olunur.
“Report” xəbər verir ki, bu barədə məşhur internet resurslarının işinə nəzarət edən
Sosial şəbəkənin işindən ən çox şikayət ABŞ, Böyük Britaniya və Almaniyadan daxil olub. ABŞ-dan olan sosial şəbəkə istifadəçiləri proqram və serverə qoşulma ilə bağlı problemlər barədə məlumat veriblər.
Böyük Britaniya istifadəçiləri də xidmətlə bağlı problemlər barədə məlumat verirlər. Öz növbəsində, Almaniyadan olan istifadəçilər fotoşəkilləri sosial şəbəkəyə yükləməkdə çətinlik çəkirlər və lenti yeniləyərkən problemin olduğunu qeyd edirlər. Bəzi sosial şəbəkə istifadəçiləri öz hesablarına daxil ola bilmir.
Bu ölkələrlə yanaşı, həmçinin İspaniya və İtaliyadan problemlər barədə məlumatlar daxil olub.