İsrail səfiri Bakıdakı Kibertəhlükəsizlik Mərkəzində olub
İsrail səfiri Bakıdakı Kibertəhlükəsizlik Mərkəzində olubİsrailin Azərbaycandakı səfiri Corc Dik bu həftə Bakıda təsis edilən Kibertəhlükəsizlik Mərkəzində olub.
İsrailin Azərbaycandakı səfiri Corc Dik bu həftə Bakıda təsis edilən Kibertəhlükəsizlik Mərkəzində olub.
“Report” xəbər verir ki, bu barədə səfir tviter səhifəsində məlumat verib.
“Bu gün mən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İsrailin texnologiya üzrə ən nüfuzlu ali təhsil müəssisəsi – “Technion” İnstitutu ilə birgə bu həftə Bakıda təsis etdiyi Kibertəhlükəsizlik Mərkəzində oldum. Mərkəz ən yaxşı İsrail təcrübəsi əsasında mütəxəssislər hazırlayacaq”, - paylaşımda qeyd edilib.
Today I visited the Cybersecurity Center which was opened this week in Baku by the Ministry of Digital Dev. in cooperation with Israel’s leading tech institute the Technion. The Center will train specialists with the best Israeli expertise pic.twitter.com/QroMzGsHt4