ABŞ-ın dövlət qurumlarına qarşı edilən genişmiqyaslı haker hücumu dünyanın ən azı 200 fərqli strukturunu əhatə edib.
“Report” xəbər verir ki, bu barədə “Bloomberg”in hesabatında qeyd olunub.
Müstəntiqlər hakerlərin Amerikanın “SolarWinds” şirkətinin proqram təminatına “zərərli kodu inteqrasiya etdiyinə” inanırlar. Bu proqramlar 18 minə yaxın müştəri tərəfindən qəbul edilib və bu da onları hücumlara qarşı həssas edib.