KİV: “Maskın rəhbərliyi altındakı “Twitter” trollara qarşı acizdir”

KİV: “Maskın rəhbərliyi altındakı “Twitter” trollara qarşı acizdir” “Twitter” milyarder İlon Mask tərəfindən alındıqdan sonra dezinformasiya, xüsusən Rusiya təbliğatı ilə mübarizəni, demək olar, dayandırıb.
İKT
7 Mart , 2023 05:28
KİV: “Maskın rəhbərliyi altındakı “Twitter” trollara qarşı acizdir”

“Twitter” milyarder İlon Mask tərəfindən alındıqdan sonra dezinformasiya, xüsusən Rusiya təbliğatı ilə mübarizəni, demək olar, dayandırıb.

“Report” xəbər verir ki, bu barədə BBC mənbələrə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, Maskın rəhbərliyi altında “Twitter” bir neçə min əməkdaşını işdən çıxarıb, bundan sonra şirkətdə sosial şəbəkədə məzmunu idarə etmək üçün praktiki olaraq heç bir mütəxəssis qalmayıb.

Şirkətin hazırkı və keçmiş əməkdaşları nəşrə bildiriblər ki, son aylar sosial şəbəkədə aqressiv ritorika, nifrət nitqi, seksual cinayətlərin təbliği, eləcə də daha çox siyasi təbliğat və informasiya manipulyasiyası olan paylaşımların sayı gözədəyəcək dərəcədə artıb.

“Təhdid subyekti adlanan konkret regionlarla məşğul olan bir neçə əsas ekspert komandanı tərk edib”, - şirkətin sabiq əməkdaşı BBC-yə bildirib.

Həmçinin, nəşrin məlumatına görə, təhlükəsizlik vasitələri yaradan komandanın üzvləri şirkətdən qovulub.

Son xəbərlər

Orphus sistemi