Köhnə “Android” versiyalı cihazların internetdən nə vaxt ayrılacağı açıqlandı

Köhnə “Android” versiyalı cihazların internetdən nə vaxt ayrılacağı açıqlandı “Android” əməliyyat sisteminin köhnə versiyaları ilə çalışan smartfon və planşetlərdən təhlükəsiz saytlara giriş 3 il uzadılacaq.
İKT
22 Dekabr , 2020 18:24
Köhnə “Android” versiyalı cihazların internetdən nə vaxt ayrılacağı açıqlandı

“Android” əməliyyat sisteminin köhnə versiyaları ilə çalışan smartfon və planşetlərdən təhlükəsiz saytlara giriş 3 il uzadılacaq.

“Report” bu barədə “Let’s Enscrypt”ə istinadən xəbər verir.

Bir qədər əvvəl “İden Trust” sertifikatlı imzanın fəaliyyət müddəti başa çatdığına görə “Android”in 7.1-dən əvvəlki versiyaları olan cihazlardan əksər saytlara girişin 2021-ci ilin sentyabr ayınadək bağlanacağı açıqlanmışdı. Lakin sonra imza məsələsinə çarə tapıldı, artıq yeni sertifikata keçərkən istifadəçilər hər hansı dəyişiklik hiss etməyəcəklər. Bu, 2024-cü ilədək davam edəcək. O vaxtadək köhnəlmiş smartfonları yenisi ilə əvəz etmək tövsiyə olunur.

Son xəbərlər

Orphus sistemi