MDB-nin rabitə operatorları IoT üzrə əməkdaşlığı müzakirə edib

MDB-nin rabitə operatorları IoT üzrə əməkdaşlığı müzakirə edib “COVID-19” pandemiyası səbəbindən iclas onlayn formatda təşkil olunub
İKT
15 Avqust , 2020 11:27
MDB-nin rabitə operatorları IoT üzrə əməkdaşlığı müzakirə edib

Regional Rabitə Birliyinin (RRB) Telekommunikasiya və İnfokommunikasiya Operatorları Şurasının 39-cu iclası keçirilib.

Bu barədə “Report” Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə (NRYT) istinadən xəbər verir.

Məlumata görə, “COVID-19” pandemiyası səbəbindən onlayn formatda təşkil olunmuş iclasda MDB ölkələrində fəaliyyət göstərən rabitə operatorlarının rəhbər şəxsləri iştirak ediblər. Müzakirələrə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” MMC-nin Baş direktoru Suat Paşayev də qatılıb.

İclasda ötən ilin nəticələri müzakirə olunub, növbəti il üçün inkişaf planları və qarşılıqlı fəaliyyət hədəfləri müəyyən edilib.

Bundan başqa, pandemiya dövründə görülən işlərdən, “IoT (Internet of Things – Əşyaların interneti)” texnologiyası üzrə əməkdaşlıq məsələlərindən danışılıb.

Qeyd edək ki, əsası 1991-ci ildə qoyulan Regional Rabitə Birliyinin başlıca fəaliyyət istiqaməti iştirakçı ölkələrin İKT sahəsində qarşılıqlı və faydalı əməkdaşlığının qurulması, informasiya mənbələrinin mübadiləsi, onların qlobal informasiya cəmiyyətinə uğurlu inteqrasiyasını təmin etməkdən ibarətdir.

Son xəbərlər

Orphus sistemi