"Ötən illərdə qarşılaşdığımız əlavə xərclərə baxmayaraq qiymətləri artırmamışıq".
"Report" xəbər verir ki, bunu "Azerfon" MMC-nin ("Nar") Baş icraçı direktoru Qunnar Panke bu gün keçirilən mətbuat konfransında deyib.
Q.Panke əlavə edib ki, bu il də bu siyasət davam edəcək:
"Bu il də qiymətləri artırmaq niyyətində deyilik".
"Nar" rəsmisi təmsil etdiyi şirkətin əsas fəaliyyətinin rəqəmsallaşmanı daha da dərinləşdirmək olacağını qeyd edib.