Nazir müavini: "Rəqəmsal hökumətin inkişafı ilə xərcləri azaltmaq mümkündür"

Nazir müavini: "Rəqəmsal hökumətin inkişafı ilə xərcləri azaltmaq mümkündür" "Rəqəmsal hökumətin inkişafı ilə bir sıra irəliləyişlərə nail olmaq, xərcləri azaltmaq mümkündür".
İKT
16 Sentyabr , 2022 12:38
Nazir müavini: Rəqəmsal hökumətin inkişafı ilə xərcləri azaltmaq mümkündür

"Rəqəmsal hökumətin inkişafı ilə bir sıra irəliləyişlərə nail olmaq, xərcləri azaltmaq mümkündür".

"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov deyib.

"Daha çox məlumatları əlçatan etmək, dövlət-özəl sektoru tərəfdaşlığını inkişaf etdirmək, məlumat analitikası, süni intellekt, eləcə də digər məlumatlara əsaslanan alqoritmləri təkmilləşdirməklə ümumi dövlət xərclərinin azaldılması, iqtisadiyyatın, iqtisadi artımın dəqiq proqnozlaşdırılması, iqtisadi proseslərin real vaxt rejimində izlənilməsi imkanı bizim üçün əlçatan olacaq. Biz nazirlik olaraq rəqəmsal transformasiya və rəqəmsal hökumətə nail olmaq üçün qurumlarımızla birgə çoxşaxəli layihələr həyata keçirməyə başlamışıq. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi rəqəmsal transformasiya və rəqəmsal hökumətin formalaşdırılmasına nail olmaq üçün daxilindəki qurumlarla birgə işlər aparır. Birinci, ölkə prezidentinin 3 iyun 2019-cu il tarixli fərmanına əsasən "Azintelekom" MMC vasitəsi ilə hazırda hökumət qurumlarını bulud əsaslı sistemə keçiririk. 70-dən artıq dövlət qurumlarının informasiya sistemləri və ehtiyatları tam yaxud qismən data mərkəzində yerləşdirilib. İkinci mühüm layihələrdən biri SİMA-dır. Onun mobil cihazlara yüklənməsi 50 mini keçib, 12 dövlət və özəl qurum simaya inteqrasiya olunub. 70-dən çox qurum isə inteqrasiya prosesini tamamlamaqdadır", - o qeyd edib.

Son xəbərlər

Orphus sistemi