"Hazırda "Azerfon" 8 716 baza stansiyası ilə abunəçilərə xidmət göstərir".
"Report" xəbər verir ki, bunu "Azerfon" MMC-nin (Nar) Baş icraçı direktoru Qunnar Panke bu gün keçirilən mətbuat konfransında deyib.
Q.Pankenin sözlərinə görə, onlardan 2 776-sı 4G stansiyalarıdır:
"Ümumi baza stansiyaları ölkənin 89,5 %-ni, əhalinin isə 99,5 %-ni , 4G stansiyaları çoğrafı ərazilərimizin 72 %-ni, əhalinin isə 93 %-ni əhatə edir".
Şirkət rəhbəri ötən il "Nar"a edilən müraciətlərin sayını da açıqlayıb:
"Ötən il müştəri xidmətləri mərkəzlərinə 166 min müraciət daxil olub ki, bu müraciətlər üzrə məmnunluq səviyyəsi 92 %-dir. Çağrı mərkəzinə 2,5 mln müraciət daxil olub və onlardan da 85 %-i bundan razı qalıb".