Peşəkar əlaqələr üçün platforma olan “LinkedIn”in Qazaxıstanda fəaliyyəti ölkənin İnformasiya və İctimai İnkişaf Nazirliyinin təşəbbüsü ilə bloklanıb.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, buna sosial şəbəkədə internet kazino reklamı və feyk hesabların yaradılması hallarının müəyyən edilməsi səbəb olub.
Bu hallar tək ölkə qanunvericiliyinə deyil, həm də “LinkedIn”in daxili qaydalarına ziddir.
Nazirlik əmin edib ki, həmin pozuntular aradan qaldırılacağı təqdirdə soasial şəbəkəyə giriş bərpa olunacaq.