Qırğızıstanda kriptovalyuta birjalarının fəaliyyəti tənzimlənəcək

Qırğızıstanda kriptovalyuta birjalarının fəaliyyəti tənzimlənəcək Qırğızıstanın maliyyə bazarlarına nəzarət və tənzimlənməsi üzrə dövlət xidməti kriptovalyuta birjalarının tənzimlənməsi qaydalarına dair layihə hazırlayıb
İKT
26 Avqust , 2021 13:22
Qırğızıstanda kriptovalyuta birjalarının fəaliyyəti tənzimlənəcək

Qırğızıstanın maliyyə bazarlarına nəzarət və tənzimlənməsi üzrə dövlət xidməti kriptovalyuta birjalarının tənzimlənməsi qaydalarına dair layihə hazırlayıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, sənəd ticarət platformalarının statusunu, funksiyalarını, hüquq və vəzifələrini, həmçinin onların vahid dövlət reyestrində məcburi qeydiyyatına dair tələbləri müəyyən edir.

Layihə həmçinin terror fəaliyyətinin maliyyələşməsinə və çirkli pulların yuyulmasına qarşı mübarizə məsələlərində birjaların məsuliyyətini nəzərdə tutur.

Qeyd edilir ki, yeni qaydalar kriptovalyuta sahiblərinin risklərini azaldacaq və bazara ixtisaslı investorları cəlb etməyə imkan verəcək.

Son xəbərlər

Orphus sistemi