Qırğızıstanın yeni prezidentinin andiçməsi “Azerspace-1”dən yayımlanıb

Qırğızıstanın yeni prezidentinin andiçməsi “Azerspace-1”dən yayımlanıb Bişkek şəhərində keçirilən andiçmə mərasimi Qırğızıstanın İ
İKT
30 Yanvar , 2021 10:06
Qırğızıstanın yeni prezidentinin andiçməsi “Azerspace-1”dən yayımlanıb
Sadır Japarov

Yanvarın 28-də Qırğızıstanın yeni seçilmiş prezidenti Sadır Japarovun andiçmə mərasimi “Azerspace-1” peyki vasitəsilə yayımlanıb.

Bu barədə "Report"a "Azərkosmos" ASC-dən bildirilib.

Məlumata görə, Bişkek şəhərində keçirilən andiçmə mərasimi Qırğızıstanın İctimai televiziyası KTRK kanalı üzərindən Mərkəzi Asiya regionunda canlı olaraq nümayiş olunub.

KTRK kanalı artıq 2015-ci ildən bəri “Azerspace-1” peykinin resurslarından istifadə edir.

Qırğızıstanın İctimai Televiziya korporasiyasına 6 televiziya və 5 radio kanalları daxildir.

Son xəbərlər

Orphus sistemi