Rasim Əliquliyev: “Milli intellektual potensiala böyük tələbat var"

Rasim Əliquliyev: “Milli intellektual potensiala böyük tələbat var" "Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) məxsus "Yüksək Texnologiyalar Parkı" MMC-də sahibkarlara infrastruktur obyektlərinin istismarı üçün zəruri olan qaz, istilik, rabitə, elektrik və su təminatı ilə bağlı güzəştlər, müvafiq imtiyazlar təqdim olun
İKT
8 Noyabr , 2021 14:49
Rasim Əliquliyev: “Milli intellektual potensiala böyük tələbat var
Rasim Əliquliyev

"Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) məxsus "Yüksək Texnologiyalar Parkı" MMC-də sahibkarlara infrastruktur obyektlərinin istismarı üçün zəruri olan qaz, istilik, rabitə, elektrik və su təminatı ilə bağlı güzəştlər, müvafiq imtiyazlar təqdim olunur ki, bu da onların daha səmərəli fəaliyyət göstərmələrinə, müəyyən kommunal ödəmələrdən azad olmalarına imkan yaradır”.

“Report” xəbər verir ki, bunu AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev bildirib.

Onun sözlərinə görə, hazırda ölkəmizdə milli intellektual potensiala böyük tələbat var: “Nəzərə alsaq ki, texnoparkların inkişafı onların rezidentlərinin sayı və inkişafı ilə müəyyən olunur, bu baxımdan "Yüksək Texnologiyalar Parkı"nın da rezidentlərinin sayının artırılması vacib məsələlərdəndir. Hesab edirəm ki, sahibkarlar AMEA-nın elmi-intellektual potensialından daha da səmərəli istifadə etməli, Parkda təqdim olunan güzəşt və imtiyazlardan məqsədyönlü şəkildə faydalanmalıdır.

Son zamanlar "Yüksək Texnologiyalar Parkı"nın sahibkarlarla birgə səmərəli fəaliyyətinin nəticəsidir ki, daxili bazarda Azərbaycan brendinin yaradılması üçün geniş imkanlar açılıb. Bu da, ümumilikdə yaxın gələcəkdə ölkənin həm idxal, həm də ixrac potensialının yüksəldilməsinə təkan verəcək. Həmçinin gələcəkdə müxtəlif yerli məhsulların ixracat qabiliyyətinin artırılmasına, yeni iş yerlərinin açılmasına, Azərbaycan bazarının xarici idxaldan asılılığının azaldılmasına gətirib çıxaracaq”.

Son xəbərlər

Orphus sistemi