Rəşad Nəbiyev Ağsuda vətəndaşları qəbul edib

Rəşad Nəbiyev Ağsuda vətəndaşları qəbul edib Bu gün rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Ağsu şəhərində vətəndaşları qəbul edib.
İKT
1 İyul , 2024 16:00
Rəşad Nəbiyev Ağsuda vətəndaşları qəbul edib

Bu gün rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Ağsu şəhərində vətəndaşları qəbul edib.

"Report" nazirliyə istinadən xəbər verir ki, Qobustan, Şamaxı, İsmayıllı, Ağsu və Kürdəmir rayonları sakinlərinin qəbulu zamanı nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətlərə baxılıb.

Müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilib.

Vətəndaşların müraciətlərində qaldırılan problemlərin bir qismi dərhal müsbət həllini tapıb. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınıb və müvafiq qurumlara göndərilməsi təmin olunacaq.

Son xəbərlər

Orphus sistemi