Rəşad Nəbiyev: "Kiberhücumların tezliyi artıb"

Rəşad Nəbiyev: "Kiberhücumların tezliyi artıb" Dünyada kiberhücumların tezliyi təxminən 4 dəfə artıb.
İKT
22 Aprel , 2022 17:34
Rəşad Nəbiyev: Kiberhücumların tezliyi artıb
Rəşad Nəbiyev

Dünyada kiberhücumların tezliyi təxminən 4 dəfə artıb.

"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası" (AKTA) İctimai Birliyinin təqdimat mərasimində bildirib.

"Əgər əvvəllər kiber hücumlar hər 40 saniyədən bir həyata keçirilirdisə, indi bu,11 saniyədən bir baş verir. Paralel olaraq internetə qoşulan cihazların sayı da artıb. Əgər 2016-cı ildə 11 milyard cihaz qlobal şəbəkəyə qoşulmuşdusa, 2026-cı ildə bu rəqəm 80 milyarda çatacaq", - deyə o, qeyd edib.

Bundan başqa, nazirin sözlərinə görə, indiyə qədər kiberhücumlar dünya iqtisadiyyatına 6 trilyon ABŞ dolları ziyan vurub: "Bu isə qlobal ümumi daxili məhsulun (ÜDM) 6%-i, ABŞ və Çindən sonra 3-cü böyük iqtisadiyyat deməkdir".

Son xəbərlər

Orphus sistemi