"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə “Azərbaycan Hava Yolları” QSC-nin və “Azərbaycan Dəmir Yolları” QSC-nin müşahidə şuralarının sədri təyin olundum".
"Report" xəbər verir ki, bunu Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev bildirib.
"Prezidentin növbəti etimadını da doğrultmağa çalışacağam", - nazir deyib.