Rəqəmsal İnkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevə yeni təyin edilmiş müavinlər - Fərid Əhmədov və Samir Məmmədovun cavabdeh olacağı sahələr məlum olub.
Bu barədə "Report"a nazirlikdəki mənbə məlumat verib.
Onun sözlərinə görə, F.Əhmədov innovasiya və təhsil layihələrinə, İnnovasiyalar Agentliyinin, Elektron Təhlükəsizlik Xidmətinin fəaliyyətinin tənzimlənməsininə nəzarət edəcək. S.Məmmədov isə nazirliyə məxsus "Aztelekom", "Baktelekom və "AzInTelecom" MMC-lərin fəaliyyətinin tənzimlənməsində iştirak edəcək.