Koreyanın elektronika nəhəngi “Samsung Electronics Co” şirkəti ABŞ-ın “Verizon Communications Inc” şirkətindən 5-ci nəsil (5G) simsiz həllər təqdim etmək üçün 7,9 trilyon von (6,6 milyard ABŞ dolları) sifariş alıb.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, müqavilənin müddəti 2025-ci ilin dekabrına qədər davam edəcək.
Qeyd edək ki, bu razılaşma “Samsung”un “Nokia” və “Ericsson” şirkətləri ilə telekom cihazları tədarükündə rəqabətə girdikdən sonrakı dövrdə ən böyük müqaviləsidir.
“Bu uzunmüddətli strateji müqavilə ilə "Verizon" müştərilərinin daha yaxşı bir mobil təcrübəyə sahib olması üçün 5G texnologiyasının sərhədlərini aşacağıq”, - “Samsung”un açıqlamasında deyilir.