“Samsung”un xalis mənfəəti 1,5 dəfə artıb

“Samsung”un xalis mənfəəti 1,5 dəfə artıb Hesabat dövründə gəlirlər 18,2% artaraq 65,39 trilyon vona (58,7 milyard ABŞ dolları), əməliyyat mənfəəti isə 9,38 trilyon vona (8,4 milyard ABŞ dolları) çatıb
İKT
29 Aprel , 2021 15:07
“Samsung”un xalis mənfəəti 1,5 dəfə artıb

Cənubi Koreyanın elektronika istehsalçısı “Samsung Electronics”in 2021-ci ilin birinci rübündəki xalis mənfəəti öncəki ilin birinci rübünə nisbətən təxminən 1,5 dəfə artaraq 7,14 trilyon vona (6,4 milyard ABŞ dollarına) çatıb.

“Report” xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda deyilir.

Hesabat dövründə gəlirlər 18,2% artaraq 65,39 trilyon vona (58,7 milyard ABŞ dolları), əməliyyat mənfəəti isə 9,38 trilyon vona (8,4 milyard ABŞ dolları) çatıb ki, bu da 2020-ci ilin birinci rübünün göstəricisindən təxminən 1,5 dəfə çoxdur.

Şirkət əməliyyat mənfəətinin artmasını smartfon və məişət texnikası satışlarının çoxalması ilə əlaqələndirib.

Son xəbərlər

Orphus sistemi