“Samsung Electronics” şirkəti “Galaxy M31 Prime Edition” ucuz smartfonunu təqdim edib.
“Report” şirkətin açıqlamasına istinadən xəbər verir ki, oktyabrın 17-dən Hindistanda 225 ABŞ dollarından satışa çıxarılacaq yeni cihaz FullHD+ təsvirli, 6,4 düyümlük Super AMOLED ekranı, “Exynos 9611” prosesoru ilə təchiz olunub və 6/128 GB yaddaşa malikdir.
Smartfonda 64 MP, 8 MP, iki ədəd 5 MP-lik olmaqla dörd kamera var. Ən maraqlı cəhəti isə 26 saat video baxmağı təmin edə bilən 6000 MA-lıq akumulyatordur ki, sürətli doldurulması 15 vt-dır.