Fransanın Azərbaycandakı səfiri Zakari Qross Azərbaycanın Fransa və Avropa ittifaqı ilə əməkdaşlığının önəminə daha çox əmin olduğunu bildirib.
“Report” xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyinin sədri Saməddin Əsədovla görüşdən sonra səfir bu barədə öz "Twitter" hesabında qeyd edib.
“Kosmik Agentliyinin sədri Saməddin Əsədovla görüşdən sonra mən Azərbaycan, Fransa və Avropa İttifaqının kənd təsərrüfatı, su idarəetməsi, elm, teletibb, ali təhsil və texnoloji tətbiqlər baxımından kosmik sahədə əməkdaşlığının əhəmiyyətinə daha çox inanıram”, - səfir bildirib.