"Türkiyənin "Baykar" şirkətinin texniki direktoru Səlcuq Bayraqdar və komandası Azərbaycanla əməkdaşlıq sahələrini daha dərindən müzakirə etmək üçün yenidən Bakıya gələcək. Azərbaycanda “Texnologiya kəndi” qurulması üçün univesistetlərlə əməkdaşlığın olacağı gözlənilir".
Bunu “Report”a açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı deyib.
"Bunun üçün proqram təminatı və istehsalda texniki infrastruktur tələb olunur, bununla əlaqədar gənclərə ilk olaraq nəzəri və praktiki baxımdan universitetlərdə dərslər keçirilməlidir. Yaxın vaxtlarda bu mövzularla əlaqədar ilkin xəbəri Səlcuq Bayraqdardan eşidəcəyik”, - deyə səfir qeyd edib.
"Bayraqdar" Türkiyənin qürurudur. “Baykar Makina” hərbi sənaye sahəsində dünyada ilk üçlükdə yer alan marka bir şirkətdir. Bu şirkətdə 3 mindən çox mühəndis işləyir. Dünyanın hər tərəfindən "Baykar Makina" şirkətində işləyən gənclər var. Həmin mühəndislər arasında azərbaycanlı qardaşlarımız da fəaliyyət göstərir”, - deyə C.Bağçı əlavə edib.
Onun sözlərinə görə, ötən həftə keçirilmiş “TEKNOFEST” yarışlarının xaricdə ilk olaraq Bakıda keçirilməsi çox önəmli məqamdır: “TEKNOFEST” yeni fikirlərin kəşf edilməsinə şərait yaradan bir yerdir. Bu baxımdan "Baykar"ın Azərbaycanda yeni layihələrə investisiya qoymaq istəyi texnologiyanın inkişafına da yeni bir nəfəs gətirəcək. Bu addım həm də gənclərin texnologiyaya marağının artmasına və bu sahənin Azərbaycanda çiçəklənməsinə töhfə verəcək”.