“Siemens”in xalis mənfəəti 2 dəfədən çox artıb

“Siemens”in xalis mənfəəti 2 dəfədən çox artıb Həmçinin rüb ərzində sifarişlərin həcmi 11 faiz artıb və məbləğ 15,9 millyard avroya çatıb
İKT
7 May , 2021 16:15
“Siemens”in xalis mənfəəti 2 dəfədən çox artıb

Almaniyanın “Siemens” konserni 31 mart tarixində başa çatmış 2020-2021-ci maliyyə ilinin birinci yarısında xalis mənfəətini 2,2 dəfə artıraraq 3.888 milyon avroya, gəlirini isə 4,6 faiz artıraraq 28.736 milyon avroya çatdırıb.

“Report” “Siemens”in hesabatına istinadən xəbər verir ki, cari maliyyə ilinin ikinci rübündə illik hesabla xalis mənfəət 3,4 dəfə artaraq 2,39 milyard avro, gəlir isə 6 faiz artaraq 14.665 milyon avro təşkil edib. Həmçinin rüb ərzində sifarişlərin həcmi 11 faiz artıb və məbləğ 15,9 millyard avroya çatıb.

Bu artımlar maşınqayırma sektorunda, xüsusilə Çində vəziyyətin yaxşılaşması ilə əlaqələndirilir. Eyni zamanda, pandemiya səbəbilə ümumilikdə makroiqtisadi vəziyyətin hələ də çətin olduğu qeyd olunur.

1847-ci ildə təsis edilən “Siemens AG” konserni elektron avadanlıq, nəqliyyat vasitələri, enerji avadanlığı, tibbi cihazlar istehsalında, həmçinin sənaye və rabitə xidmətlərində dünya liderləri sırasındadır.

Son xəbərlər

Orphus sistemi