Bu ilin III rübündə ABŞ-ın sosial media nəhəngi - “Facebook” şirkəti 21,5 milyard dollar gəlir əldə edib.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 21,5% çoxdur.
Son 1 ildə "Facebook"un xalis mənfəəti isə 27,9% artaraq 7,8 milyard dollara çatıb.
Rüb ərzində ABŞ-ın digər sosial media nəhəngi “Twitter”in gəliri isə 936,2 milyon dollar (illik müqayisədə 13,7% çox), xalis mənfəəti isə 28,6 milyon dollar (21,6% az) təşkil edib.
Qeyd edək ki, hesabat dövründə “Facebook”un gündəlik və aylıq aktiv istifadəçilərinin sayı 12% artaraq müvafiq olaraq 1,82 milyarda və 2,74 milyarda, “Twitter”in gündəlik aktiv istifadəçilərini sayı isə 29% artaraq 187 milyona çatıb.