Stiv Voznyak Stiv Cobsla biznes əlaqələrindən danışıb

Stiv Voznyak Stiv Cobsla biznes əlaqələrindən danışıb ABŞ-ın “Apple” şirkətinin qurucularından bir Stiv Voznyak Bakıda keçirilən “InMerge Innovation Summit"də Stiv Cobsla biznes əlaqələrindən danışıb.
İKT
30 Noyabr , 2023 11:41
Stiv Voznyak Stiv Cobsla biznes əlaqələrindən danışıb

ABŞ-ın “Apple” şirkətinin qurucularından bir Stiv Voznyak Bakıda keçirilən “InMerge Innovation Summit"də Stiv Cobsla biznes əlaqələrindən danışıb.

“Report”un xəbərinə görə, o, bildirib ki, S.Cobs onun icad etdiyi kompüteri görəndə bunun yeni biznes imkanı olduğunu deyib.

S.Voznyak hələ xəbər olmayan dövrdə öz kompüterini yaratmağa başladığını qeyd edib və deyib ki, mühəndis ailəsində böyüməsi onun elektronikaya marağını artırıb: "Mən bu sahəyə marağımı uşaq yaşlarından inkişaf etdirmişəm. İnanın ki, mən heç məktəbdə də yaxşı oxumurdum. Amma ağlıma, ideyalarıma güvənirdim. Karyera yüksəlişi barədə düşünmürdüm. Ömrümün axırına kimi mühəndis olacağımı düşünürdüm”.

O qeyd edib ki, əvvəlcə “Apple 1” kompüterini yaradıb: “S.Cobsu “Apple”in yaradılmasından 5 il əvvəl tanıdım. Gənc, əyləncə sevən yeniyetmə idi, həyatı dəyişən insanlara pərəstiş edirdi. Mənim icad etdiyim kompüteri görəndə, bunu yeni biznes imkanı olduğunu dedi və yeni şirkət yaratmağı təklif etdi".

"S.Cobs bu ideyanı verməsəydi, mən elə bu günə qədər də güclü mühəndis olaraq qalmışdın. Əsas gəlirlər “Apple 2” kompüteri buraxılandan sonra formalaşmağa başlayıb. Amma "Apple 1" satışa buraxılanda "Apple 2" artıq hazır idi. Ümumiyyətlə fəaliyyət sahəsini genişləndirmək üçün peşəkar mühəndis olmaq önəmlidir. Biz insanları şirkətimizə bacarıqlarına görə cəlb edirdik", - deyə qonaq fikrini tamamlayıb.

Son xəbərlər

Orphus sistemi