Ən böyük tədqiqat texnolayihəsinin yığımına başlanılır

Ən böyük tədqiqat texnolayihəsinin yığımına başlanılır Layihəyə artıq 25 milyard ABŞ dollarından çox vəsait xərclənilib, kompleksin inşasının başa çatmasının və sınaq buraxılışlarının ən tezi 2025-ci ildə reallaşacağı gözlənilir
İKT
28 İyul , 2020 12:54
Ən böyük tədqiqat texnolayihəsinin yığımına başlanılır

Fransada tarixdəki ən böyük tədqiqat texnologiyası layihəsi olan Beynəlxalq Eksperimental Termonüvə Reaktorunun (ITER) yığımı başlayır.

“Report” “Le Figaro”ya istinadən xəbər verir ki, bu barədə layihənin press-relizində deyilir.

Layihəyə artıq 25 milyard ABŞ dollarından çox vəsait xərclənilib, kompleksin inşasının başa çatmasının və sınaq buraxılışlarının ən tezi 2025-ci ildə reallaşacağı gözlənilir.

Sənaye güclərində termonüvə sintezinin mümkünlüyünü təsdiqləməli olan reaktor bütün yardımçı infrastrukturu ilə birlikdə Sen Pol le Dürans kommunasındakı “Cadarache” tədqiqat mərkəzində inşa edilir. Tokamakın ən böyük komponentləri artıq yerindədir.

ITER – hazırda əlçatmaz olan termonüvə reaktorunun kommersiya məqsədilə istifadəsi imkanlarını nümayiş etdirmək üçün tokamak qurğusuna əsaslanan beynəlxalq (Aİ, Yaponiya, Hindistan, Koreya, ABŞ, Çin, Rusiya və başqaları) eksperimental termonüvə reaktoru layihəsidir. Layihəyə 2005-ci ildə başalnılıb. ITER-in layihə gücü təxminən 500 MVt istilik və təxminən 200 MVt elektrik təşkil edir. 2007-ci ildən bəri Marsel şəhərindən 60 km məsafədə 180 hektar ərazidə tikilir. Bu tip reaktor nüvə reaktorundan daha təhlükəsizdir.

Layihənin miqyası bəşəriyyət tarixindəki ən böyük layihələrlə - Beynəlxalq Kosmik Stansiya və Böyük Adron Kollayderinin yaradılması və istismarı ilə müqayisə edilə bilər.

Son xəbərlər

Orphus sistemi