Telefonların simsiz doldurulması cihazı təqdim olunub

Telefonların simsiz doldurulması cihazı təqdim olunub “Xiaomi” şirkəti telefonlar üçün simsiz doldurma cihazı olan “Mi Air Charge”ı təqdim edib.
İKT
29 Yanvar , 2021 13:09
Telefonların simsiz doldurulması cihazı təqdim olunub

“Xiaomi” şirkəti telefonlar üçün simsiz doldurma cihazı olan “Mi Air Charge”ı təqdim edib.

“Report” xəbər verir ki, şirkətin rəsmi bloqunda yerləşdirilən açıqlamaya görə, həmin cihaz 1 mm-lik dalğalı işıq şüası yaradaraq elektrik enerjisinə çevirir və bir neçə ünvana çatdırır. Cihazın içində quraşdırılan 5 anten bir neçə metrədək məsafədə olan telefonların yerini təyin edir, daha 144 anten isə şüaların daxilindən dalğaları ötürür. Eyni zamanda, bir neçə telefona 5 vT-dək güc ötürülə bilir.

“Xiaomi” həmçinin xüsusi işarəverən anten və qəbuledici anten də icad edib. Qəbuledici anten qurğusu 14 antendən ibarət olub doldurma batareyasının buraxdığı 1 mm-lik dalğa siqnalını elektrik enerjisinə çevirir.

Bu texnologiyanın yaxın gələcəkdə ağıllı saatlar, bilərziklər, habelə masa lampaları, reproduktor və s. ilə bağlı tətbiqi nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi