“Telegram” messencerinin işində nasazlıq ortaya çıxıb.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə populyar internet resurslarının işini izləyən “Downdetector” xidməti məlumat yayıb.
İstifadəçilərin 45%-i proqramdakı, 34%-i serverə qoşulma, digər 21%-i mesajların qəbulu ilə bağlı problemlərdən şikayətləniblər.
Nasazlıq haqqında şikayətlər daha çox Rusiya, Ukrayna, Polşa, Almaniya və digər ölkələrdən olan istifadəçilərdən gəlir.