“Telegram” sosial şəbəkəsinin messencerinin işində nasazlıq ortaya çıxıb.
“Report” xəbər verir ki, bu barədə "Downdetector" xidməti məlumat yayıb.
Sosial şəbəkənin istifadəçiləri messencerin işləməməsindən şikayət edirlər.
Ən çox şikayətlər messencerə qoşulmadan və mesajların göndərilməsində yaranan problemlə bağlıdır.
Bununla yanaşı, bir sıra istifadəçilər “Telegram”dakı hesablarına girə bilmir.