“Telegram” messencerində ödənişli xidmətlər yaranacaq

“Telegram” messencerində ödənişli xidmətlər yaranacaq “Telegram” mesencerində 2021-ci ildən yeni ödənişli xidmətlər tətbiq olunacaq.
İKT
23 Dekabr , 2020 13:54
“Telegram” messencerində ödənişli xidmətlər yaranacaq
Pavel Durov

“Telegram” mesencerində 2021-ci ildən yeni ödənişli xidmətlər tətbiq olunacaq.

“Report” xəbər verir ki, bu barədə mesencerin banisi Pavel Durov öz “Telegram” kanalında bildirərək hazırkı xidmətlərin bundan sonra da ödənişsiz fəaliyyət göstərəcəklərini, yeni tətbiq ediləcək xidmətlərin isə “işgüzar komandalar və daha böyük ehtiyaclara malik istifadəçilər” üçün əlverişli olacağını qeyd edib.

Bununla yanaşı, “Telegram”ın satılmayacağını qeyd edən sahibkar hazırda mesencerin 500 milyona yaxın fəal istifadəçisinin olduğunu, bundan sonra da fəaliyyətə davam etmək üçün “azı yüz milyardlarla dollar”a ehtiyac olduğunu diqqətə çatdırıb. Müəyyən vaxta qədər mesencerin maliyyə ehtiyaclarını təkbaşına ödəmiş P.Durov artıq bunun mümkün olmadığını qeyd edib.

Lakin buna baxmayaraq, “Telegram”ın mesaj ötürmə ilə bağlı xidmətlərində bundan sonra da reklam yerləşdirilməyəcəyi vurğulanıb.

Son xəbərlər

Orphus sistemi