Çinə məxsus sosial şəbəkə - “TikTok” qısa videoların nümayişinin yeni formatını sınaqdan keçirir.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu format “Facebook”, “Twitter”, “Snapchat” və “Instagram” kimi sosial şəbəkələrdə olan “Stories” funksiyasının analoqudur.
Belə ki, istifadəçilərin dərc etdiyi kontent, 24 saat aktiv olduğdan sonra avtomatik olaraq ləğv olunacaq. “Stories” ekranın sol tərəfində üfüqi xətt şəklində əks ediləcək.