ABŞ-ın hazırkı prezidenti Donald Trampın hesabını blokladıqdan sonra “Twitter”in səhmləri ABŞ-dakı hərraclarda təxminən 4 % ucuzlaşıb.
Bu barədə “Report” “FoxNews”a istinadən xəbər verir.
“Twitter”in səhmləri 49,54 ABŞ dolları həcmində ticarət olunub ki, bu da öncəki günün bağlanış qiyməti ilə müqayisədə 3,77 %-lik azalma deməkdir.
Xatırladaq ki, bundan əvvəl “Twitter” rəhbərliyi şiddətə təhriketmə riski səbəbindən Trampın hesabına girişi yasaqlayıb. Bundan sonra isə Trampın seçki qərargahının hesabı bloklanıb. Bütün bunlardan öncə isə ABŞ-ın hazırkı başqanının “Facebook”, “Instagram”, “Twitch”, “Snapchat” səhifələri bloklanmışdı.