Türkiyənin Kosmik Agentliyinin rəhbəri “Azərkosmos”da olub

Türkiyənin Kosmik Agentliyinin rəhbəri “Azərkosmos”da olub Qonağa Yer səthinin məsafədən müşahidə xidmətləri barədə geniş məlumat verilib
İKT
18 Fevral , 2021 18:23
Türkiyənin Kosmik Agentliyinin rəhbəri “Azərkosmos”da olub

Azərbaycanda səfərdə olan Türkiyənin Kosmik Agentliyinin prezidenti Sərdar Hüseyn Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyəti “Azərkosmos” ASC-də olub.

"Report" bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, səfər çərçivəsində S.H.Yıldırım “Azərkosmos”un nümayəndə heyəti ilə görüşüb. Görüşdə qonağa “Azərkosmos”un fəaliyyəti, idarəçiliyində olan “Azerspace-1”, “Azerspace-2” və “Azersky” peykləri vasitəsilə göstərilən telekommunikasiya, yayım və Yer səthinin məsafədən müşahidə xidmətləri barədə geniş məlumat verilib.

Görüş əsnasında Türkiyənin Kosmik Agentliyi tərəfindən Türkiyənin Milli Kosmik Proqramının strateji hədəfləri, o cümlədən yerli kosmik uçuş aparatlarının istehsalı, 2023-cü ildə Aya eniş planı və 2028-ci ildə ilk Türkiyə vətəndaşının kosmosa göndəriləcəyi qeyd olunub. 2018-ci ilin dekabrında qurulan Türkiyə Kosmik Agentliyi Türkiyədə kosmik sahədə fəaliyyət göstərən bütün şirkətləri özündə birləşdirir.

İlk rəsmi xarici səfərini Azərbaycana edən Türkiyə Kosmik Agentliyi kosmik sahədə qardaş ölkə ilə yaxından əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildirib. Həmçinin kosmik sahədə hər iki ölkənin yüksək ixtisaslı peşəkar kadrlarının hazırlanmasında, onların nəzəri və praktiki biliklərinin təkmilləşdirilməsi istiqamətində təcrübə mübadiləsinin vacibliyi də vurğulanıb.

Son xəbərlər

Orphus sistemi