Tvitter “Clubhouse”un analoqunu yaradır

Tvitter “Clubhouse”un analoqunu yaradır ​​​​​​​Tvitterin rəhbərliyi aprel ayına qədər “Clubhouse”un analoqunu təqdim etməyi planlaşdırır
İKT
12 Mart , 2021 03:27
Tvitter “Clubhouse”un analoqunu yaradır

Tvitterin rəhbərliyi aprel ayına qədər “Clubhouse” sosial şəbəkəsinin analoqu olan “Spaces” səsli rabitə funksiyasını istifadəçilərə təqdim etməyi planlaşdırır.

Bu barədə “Report” “Reuters”ə istinadən xəbər verib.

Tvitter yeni platformanı təsvir edən video yayımlayıb.

Belə ki, istifadəçilər digərlərinin müzakirələrində iştirak etməklə yanaşı şəxsi otaqlarını da yaradacaqlar. Bundan başqa istifadəçiyə natiqləri seçmək və müzakirədə iştirak edə biləcək insanların əhatəsini məhdudlaşdırmaq imkanları da təqdim ediləcək.

Qeyd edək ki, “Clubhouse” səs əsaslı sosial şəbəkədir. “Clubhouse”da mətn yazıları yoxdur, amma natiqlərin danışdığı xüsusi otaqlar mövcuddur.

Son xəbərlər

Orphus sistemi