“Twitter” də “TikTok”u almaq istəyir

“Twitter” də “TikTok”u almaq istəyir “Twitter” şirkəti mikrobloqlar xidmətinin Çinin “ByteDance” şirkətinə məxsus “TikTok” tətbiqi ilə birləşməsi üçün ilkin danışıqlar aparıb.
İKT
9 Avqust , 2020 04:49
“Twitter” də “TikTok”u almaq istəyir

“Twitter” şirkəti mikrobloqlar xidmətinin Çinin “ByteDance” şirkətinə məxsus “TikTok” tətbiqi ilə birləşməsi üçün ilkin danışıqlar aparıb.

“Report” xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Onun mənbələrinə görə, “Twitter” tətbiqin yalnız Amerika seqmenti ilə maraqlanır. Onun bazar dəyəri on milyardlarla ABŞ dolları səviyyəsində ola bilər və bu, Amerika şirkətinin sazişi necə maliyyələşdirə biləcəyi sualını doğurur.

“Twitter”in bazar kapitalı 29 milyard ABŞ dollarına yaxındır və sosial şəbəkənin Amerika seqmentinin əsas rəqibi hesab olunan “Microsoft Corporation”nun isə kapitalı 1,6 trilyon ABŞ dollarını ötüb.

Qəzetdə “Twitter”in digər rəqiblərlə rəqabət aparmağa hazır olub-olmadığı barədə məlumat yoxdur.

Son xəbərlər

Orphus sistemi