Ukrayna “Google”, “Apple” və “Netflix”ə vergi tətbiq edəcək

Ukrayna “Google”, “Apple” və “Netflix”ə vergi tətbiq edəcək Ukrayna Ali Radası Vergi Məcəlləsinə qeyri-rezidentlərin Ukraynada fiziki şəxslərə elektron xidmətlər göstərməsi üzrə əməliyyatlara əlavə dəyər vergisinin (ƏDV) tətbiq edilməsini nəzərdə tutan dəyişiklikləri ikinci oxunuşda qəbul edib.
İKT
3 İyun , 2021 17:33
Ukrayna “Google”, “Apple” və “Netflix”ə vergi tətbiq edəcək

Ukrayna Ali Radası Vergi Məcəlləsinə qeyri-rezidentlərin Ukraynada fiziki şəxslərə elektron xidmətlər göstərməsi üzrə əməliyyatlara əlavə dəyər vergisinin (ƏDV) tətbiq edilməsini nəzərdə tutan dəyişiklikləri ikinci oxunuşda qəbul edib.

Report” məlumat verir ki, bu barədə Ukrayna KİV parlamentin mətbuat xidmətinə istinadən xəbər yayıb. Qeyd olunur ki, qanun ƏDV-lər hesabına dövlət büdcəsinə daxilolmaların artırılmasına yönəlib.

İzahedici məktubda bildirilir ki, söhbət ilk növbədə Ukrayna vətəndaşlarının “Apple”, “Google”, “Microsoft”, “Netflix”, “Wargaming”, “Bloomberg”, “Alibaba”, “Booking” və sair texnologiya şirkətlərinin xidmətlərindən yararlanmasına verginin tətbiq edilməsindən gedir. Qanun qəbul edildikdən sonra bu cür şirkətlər Ukrayna ərazisindən xidmət və ya reklamlara abunəliyə görə ƏDV ödəməli olacaqlar.

Son xəbərlər

Orphus sistemi