Vətəndaşlara bank adından pul təklifi ilə fişinq mesajlar göndərilir - XƏBƏRDARLIQ

Vətəndaşlara bank adından pul təklifi ilə fişinq mesajlar göndərilir - XƏBƏRDARLIQ Elektron Təhlükəsizlik Xidməti vətəndaşları son günlər “Kapital Bank” ASC adından vebsəhifə yaradılaraq vətəndaşlara fişinq mesajları göndərilməsi və pul vəsaiti təklif olunması barədə xəbərdar edib.
İKT
18 Oktyabr , 2022 18:12
Vətəndaşlara bank adından pul təklifi ilə fişinq mesajlar göndərilir - XƏBƏRDARLIQ

Elektron Təhlükəsizlik Xidməti vətəndaşları son günlər “Kapital Bank” ASC adından vebsəhifə yaradılaraq vətəndaşlara fişinq mesajları göndərilməsi və pul vəsaiti təklif olunması barədə xəbərdar edib.

Bu barədə "Report"a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.

Məlumatda deyilir ki, onlardan vəd olunan məbləğ üçün saxta vebsəhifəyə bank və digər fərdi məlumatlarını daxil etməsi istənilir: "Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə vədlərə etimad etməməyi, şübhəli keçidlərə daxil olmamağı tövsiyə edir. Hər hansı şirkət və ya qurum adından belə məlumatlar aldıqda öncə həmin müəssisə ilə əlaqə saxlayaraq və yaxud qurumun rəsmi saytına daxil olaraq məlumatın düzgünlüyündən əmin olmaq məsləhət görülür. Eyni zamanda bu kimi hallarla qarşılaşdıqda vətəndaşlardan “1654” qaynar xətti, www.cert.az saytı və ya [email protected] e-poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə məlumat vermək xahiş olunur".

Son xəbərlər

Orphus sistemi