"WhatsApp"da daha bir funksiya tətbiq olunub

"WhatsApp"da daha bir funksiya tətbiq olunub WhatsApp-da ismarışların silinməsilə bağlı yeni funksiya tətbiq olunub.
İKT
7 Dekabr , 2021 13:06
WhatsAppda daha bir funksiya tətbiq olunub

"WhatsApp"da ismarışların silinməsi ilə bağlı yeni funksiya tətbiq olunub.

“Report” xəbər verir ki, bundan sonra ismarışlar istifadəçinin təyin etdiyi müddət ərzində avtomatik silinəcək. Xüsusi komanda ilə işə salınacaq funksiya ismarışları 24 saat, 1 həftə, yaxud 90 gün sonra silir.

Belə ki, Android və ya iOS ilə çalışan telefonlarda funksiyanı açmaq və yaxud söndürmək üçün “Parametrlər”, sonra şəxsi hesabdan “Məxfilik” bölməsinə, orada da “Silinən ismarışlar” bölməsinə daxil olmaq gərəkdir.

Xatırladaq ki, ismarışları silən funksiya ötən il tətbiq olunub və indiyədək hər çatda ayrıca işə salınırdı.

Son xəbərlər

Orphus sistemi