“WhatsApp” istifadəçiləri yeni qaydaları qəbul etməmək halında ismarıc göndərmək haqqından məhrum edilməklə akkountları birdəfəlik bağlana bilər.
“Report” “Prime”a istinadən xəbər verir ki, belə bir məhdudiyyət məxfilik qaydalarının nəzərdə tutulmuş yenilənməsinə dair açıqlamanı oxumayanlara qarşı tətbiq olunacaq.
Bundan əvvəl “WhatsApp”ın bütün istifadəçiləri qarşısında həmin yeni qaydalarla tanış olub qəbul etmək şərti qoyulmuşdu. Qəbul edənlərin telefon nömrəsinə dair bütün məlumatlar messencerein sahibi “Facebook” şirkətinə ötürüləcəkdi.
“WhatsApp” rəhbərliyinin tətbiq etdiyi yeni qaydalara 2021-ci il 15 may tarixinədək diqqət yetirməyən istifadəçilər ismarıc oxumaq və göndərmək hüququndan məhrum olacaq. Bu istifadəçilərə zəng və ismarıclar gəlməyə davam edəcək.