“WhatsApp” səsli ismarıcları mətnə çevirəcək

“WhatsApp” səsli ismarıcları mətnə çevirəcək Dünyanın aparıcı ismarıc mübadiləsi xidməti - “WhatsApp” “iPhone” istifadəçilərinə səsli ismarıcları mətnə çevirmək imkanı verəcək.
İKT
13 Sentyabr , 2021 16:39
“WhatsApp” səsli ismarıcları mətnə çevirəcək

Dünyanın aparıcı ismarıc mübadiləsi xidməti - “WhatsApp” “iPhone” istifadəçilərinə səsli ismarıcları mətnə çevirmək imkanı verəcək.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, yeni funksiya hələlik işlənmə mərhələsindədir və yaxın vaxtlardakı yenilənmədə beta-testçilər üçün əlçatan olacaq.

Onu aktivləşdirmək üçün istifadəçi tətbiqə xüsusi icazə verməli olacaq. Mətn onlayn rejimdə deşifrə ediləcək və avtomatik olaraq messencerin şifrələnmiş məlumatlar bazasında yaddaşa düşəcək. Əgər səsli mesaj çox uzundursa istifadəçi mətnə çevirmək istədiyi hissəni özü seçə biləcək.

Son xəbərlər

Orphus sistemi