Xoşbəxt Yusifzadə "TEKNOFEST-Azərbaycan"ın keçirildiyi əraziyə baş çəkib

Xoşbəxt Yusifzadə "TEKNOFEST-Azərbaycan"ın keçirildiyi əraziyə baş çəkib Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti Xoşbəxt Yusifzadə “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalının keçirildiyi əraziyə baş çəkib.
İKT
26 May , 2022 17:42
Xoşbəxt Yusifzadə TEKNOFEST-Azərbaycanın keçirildiyi əraziyə baş çəkib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti Xoşbəxt Yusifzadə “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalının keçirildiyi əraziyə baş çəkib.

"Report" xəbər verir ki, o, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) pavilyonuna baxış keçirib, təqdim olunan layihələrlə maraqlanıb.

Pavilyona həmçinin “BAYKAR Teknoloji” şirkətinin baş direktoru Haluk Bayraktar, Türkiyə Elmlər Akademiyasının prezidenti Müzəffər Şəkər, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev baxış keçiriblər, təqdim olunan layihələrə maraqlarını ifadə ediblər.

Xatırladaq ki, tədbirdə AMEA-nın 6 elmi-tədqiqat müəssisəsi və Akademiyaya məxsus "Yüksək Texnologiyalar Parkı" MMC-nin 5 rezidenti iştirak edir. AMEA-nın vitse-prezidenti, festivalla bağlə işçi qrupunun rəhbəri Rasim Əliquliyev pavilyona böyük diqqət göstərildiyini bildirib və qeyd edib ki, festival Azərbaycan elminin dünya elminə inteqrasiyasına böyük imkanlar açır, əməkdaşlıq əlaqələrinin yaradılmasında mühüm rol oynayır.

Son xəbərlər

Orphus sistemi