Yaponiya kriptovalyuta tənzimlənməsini sərtləşdirir

Yaponiya kriptovalyuta tənzimlənməsini sərtləşdirir 2022-ci ilin aprelində ölkədə virtual xidmət tədarükçüləri tərəfindən tranzaksiyalar barədə məlumatların təqdim edilməsini məcburi edəcək qaydalar qüvvəyə minəcək
İKT
24 Avqust , 2021 15:06
Yaponiya kriptovalyuta tənzimlənməsini sərtləşdirir

Yaponiyanın Maliyyə Xidmətləri Agentliyi (FSA) investorları qorumaq məqsədilə rəqəmsal aktivlərə münasibətdə daha sərt qaydaların müzakirəsinə başlayıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, FSA gələn ilin ortasına kimi normativ-hüquqi bazaya düzəliş etmək niyyətindədir.

Məlumata görə, FSA kriptovalyutaların tənzimlənməsi üzrə bölmə yaradıb. Belə bir addımın atılması hökümətin özəl pulların yeni formalarının ölkənin maliyyə sisteminə xələl gətirə biləcəyinə dair artan narahatlığı ilə izah edilir.

Qeyd edilir ki, 2022-ci ilin aprelində ölkədə virtual xidmət tədarükçüləri tərəfindən tranzaksiyalar barədə məlumatların təqdim edilməsini məcburi edəcək qaydalar qüvvəyə minəcək.

Son xəbərlər

Orphus sistemi