Yeni smartfon sahiblərinin 40%-i 5G-ni daim söndürülmüş vəziyyətdə saxlayır

Yeni smartfon sahiblərinin 40%-i 5G-ni daim söndürülmüş vəziyyətdə saxlayır “Android Authority” portalının 1 300 nəfər arasında apardığı tədqiqat nəticəsində məlum olub ki, 5G ancaq 50,1% iştirakçıda aktivdir.
İKT
29 İyul , 2021 10:33
Yeni smartfon sahiblərinin 40%-i 5G-ni daim söndürülmüş vəziyyətdə saxlayır

“Android Authority” portalının 1 300 nəfər arasında apardığı tədqiqat nəticəsində məlum olub ki, 5G ancaq 50,1% iştirakçıda aktivdir.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, respondentlərin 39,4%-də 5G daim söndürülmüşdür və onlar heç bir halda yeni funksiyanı aktivləşdirmir.

Sorğuda iştirak edənlərin 10,5%-i siqnal zəif olanda və yaxud smartfonun enerjisi bitmək üzrə olanda 5-ci nəsil mobil rabitəni söndürürlər.

Bir çoxları 5G-nin siqnalının aşağı keyfiyyətdə olmasını və bir çox hallarda LTE-dən geri qalmasını vurğulayıb. Bu cür vəziyyətin hətta 5G qülələrinin sıx olduğu ərazilərdə də müşayət olunduğu qeyd edilib.

Son xəbərlər

Orphus sistemi