"YouTube" videohostinqi iyunun 1-dən etibarən yeni istifadə qaydalarını tətbiq edir.
“Report” xəbər verir ki, yeni qaydalara görə hostinqin seçdiyi istənilən materialda daha çox reklam yerləşdirilə bilər. Bu şərt təkcə YPP (YouTube Tərəfdaşlıq Proqramı) çərçivəsində göstərilən kanallara şamil olunmur.
“Siz "YouTube"a öz materiallarınızdan gəlir əldə etmək hüququ verirsiniz ki, bu da həmin materiallarda reklam yerləşdirmək, yaxud onlara baxmaq üçün ödəniş tətbiq etmək yolu ilə ola bilər. Bu razılaşma sizə hər hansı ödəniş haqqını vermir”, – yeni qaydalarda qeyd olunur.
Həmçinin reklam yerləşdirməsinin yalnız böyük material yerləşdirənlərin iştirak etdiyi YPP çərçivəsində ola bilər. Belə material sahibləri YPP çərçivəsində yerləşdirilən reklamlardan gəlir payına haqq qazanır.
ABŞ hüdudlarından kənarda olan, lakin bu ölkədə baxışlar toplayan material sahibləri də əlavə ödənişə mükəlləf olacaqlar. Bunlar ABŞ qanunlarına görə qonorar hesab ediləcək və "YouTube"dan gəlir əldə edən material sahibləri vergi məlumatlarını “Google AdSence” portalına təqdim etməlidirlər.
Bununla yanaşı, hər hansı şəxsi ondan xəbərsiz açıqlayan məlumatlar toplana bilməyəcək.