Ağakişi Kazımov dəfn olunub

Ağakişi Kazımov dəfn olunub Ötən gün vəfat edən Azərbaycanın teatr rejissoru, Xalq artisti Ağakişi Kazımov "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.
İncəsənət
9 Oktyabr , 2021 14:35
Ağakişi Kazımov dəfn olunub

Azərbaycanın teatr rejissoru, Xalq artisti Ağakişi Kazımov dəfn olunub.

"Report" xəbər verir ki, mərhum "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.

14:22

Təzəpir məscidində Azərbaycanın teatr rejissoru, Xalq artisti Ağakişi Kazımovla vida mərasimi keçirilib.

"Report" xəbər verir ki, mərasimdə mədəniyyət və incəsənət xadimləri, mərhumun ailə üzvləri iştirak ediblər.

Mərhum "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.

A.Kazımov ötən gün dünyasını dəyişib.

Qeyd edək ki, Xalq artisti A.Kazımov 1935-ci ilin noyabrın 28-də anadan olub.

13.32

Ötən gün vəfat edən Azərbaycanın teatr rejissoru, Xalq artisti Ağakişi Kazımov "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.

Bu barədə "Report"a mərhumun yaxınları məlumat verib.

Bildirilib ki, dəfndən əvvəl Təzə Pir məscidində A.Kazımovla vida mərasimi keçiriləcək. Mərasimdən sonra Xalq artisti "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılacaq.

A.Kazımov mərhum Xalq artistləri Arif Quliyev, Rafiq Hüseynov (Rəmiş) və Yaqub Zurufçunun yanında torpağa tapşırılacaq

Qeyd edək ki, Xalq artisti A.Kazımov 1935-ci il noyabrın 28-də anadan olub. O, oktyabrın 8-də vəfat edib.

Şəfiqə Nazimqızı, Günel Abbas

Son xəbərlər

Orphus sistemi