Bədəninin 70 faizi yanan aktyorun vəziyyəti ağırdır

Bədəninin 70 faizi yanan aktyorun vəziyyəti ağırdır Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Cavid Telman mənzilində baş vermiş qaz partlayışı zamanı xəsarət alıb
İncəsənət
23 Fevral , 2021 09:18
Bədəninin 70 faizi yanan aktyorun vəziyyəti ağırdır
Cavid Telman

Yaşadığı mənzildə partlayış baş verməsi nəticəsində xəsarət alaraq xəstəxanaya yerləşdirilən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Cavid Telmanın son vəziyyəti açıqlanıb.

Teatrın mətbuat xidmətinin rəhbəri Həmidə Rüstəmova “Report”a deyib ki, aktyorun vəziyyəti ağır olaraq qalır:

“Hələ də reanimasiya şöbəsindədir. Onun bədəninin 70 faizi yanıb. Əsasən qarın və kürək hissələri yandığı üçün daxili orqanlarda müəyyən problemlər yaradıb. Həkim müayinə müalicəni davam etdirir.

Qeyd edək ki, 36 yaşlı C.Telman dünən evində baş verən partlayış nəticəsində yanıq xəsarətləri ilə 5 saylı Şəhər Klinik Xəstəxanasında reanimasiya şöbəsinə yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi