Dilarə Səlim efirə qayıtdı

Dilarə Səlim efirə qayıtdı Tanınmış teleaparıcı Dilarə Səlim yenidən efirə qayıdır.
İncəsənət
25 Sentyabr , 2020 15:03
Dilarə Səlim efirə qayıtdı
Dilarə Səlim

Tanınmış teleaparıcı Dilarə Səlim yenidən efirə qayıdır.

Azərbaycan Televiziyasından (AzTV) "Report"a verilən məlumata görə, teleaparıcı “AzTV Xəbər”i aparacaq.

O, hər şənbə günü saat 20:00-da efirə çıxacaq.

Qeyd edək ki, D.Səlim 1990-cı ildən AzTV-də çalışmağa başlayıb. Daha sonra müxtəlif televiziyalarda işləyib. 

2018-ci ildən isə AzTV-nin “Mədəniyyət xəbərləri”nin baş redaktorudur. 

Azərbaycan Televiziyasının “AzTV Xəbər” proqramının yeni formatda və yeni studiyadan ilk buraxılışını həmkarı Rafiq Həşimovla birlikdə Dilarə Səlim təqdim edib. 

Aparıcının müəllifi və aparıcısı olduğu “Peşəkarlar” layihəsinin ilk buraxılışı sentyabrın 25-də yayımlanacaq.

Son xəbərlər

Orphus sistemi